...

Baltika-Bakı bu ilin 1 ci rübünün fəaliyyət nəticələrini açıqladı

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 May 2016 11:46 (UTC +04:00)
Dünyanın öndə gedən pivə istehsalçılarından biri Carlsberg Group-un bir hissəsi olan və Azərbaycan pivə bazarında 75 faiz bazar payı ilə lider mövqeyi tutan “Baltika-Bakı” şirkəti Azərbaycan Respublikasının qeyri xammal sektorunun ən böyük şirkətlərindən biridir və yüzlərlə insanı işlə təmin edir.
Baltika-Bakı bu ilin 1 ci rübünün fəaliyyət nəticələrini açıqladı

Bakı. Trend:

Dünyanın öndə gedən pivə istehsalçılarından biri Carlsberg Group-un bir hissəsi olan və Azərbaycan pivə bazarında 75 faiz bazar payı ilə lider mövqeyi tutan "Baltika-Bakı" şirkəti Azərbaycan Respublikasının qeyri xammal sektorunun ən böyük şirkətlərindən biridir və yüzlərlə insanı işlə təmin edir.

Azərbaycandakı fəaliyyət dövründə şirkət inkişafına 47 milyon vəsait sərf etmişdir. Bu da şübhəsiz ki, nəinki konkret sahəyə öz təsirini göstərir, həmçinin ümumilikdə Azərbaycanda biznesin inkişafına töhfə verir.

2016 il üzrə planşdırılmış investisiyalar bu günə qədər olduğu kimi məhsul keyfiyyətinin və standartların qaldırılmasına yönəlmişdir.

Məsələn, birinci rübdə xammalın və hazır məhsulun daha keyfiyyətli mikrobioloji analizlərini mümkün edən laboratoriya avadanlığının satın alınması layihəsi həyata keçirilmişdir, o cümlədən istehsal obyektlərinin mövsümə hazırlığı aparılmışdır (qurğuların və istehsal obyektlərinin əsaslı təmiri).

Bundan əlavə, böyük həcmdə investisiya enerji effektivliyi layihələrinə və iş yerində təhlükəsizliyin gücləndirilməsinə sərf ediləcək. Beləliklə, ilk rübdə bir neçə layihə resursların maksimal şəkildə effektiv istifadəsinə istiqamətlənmiş layihələr icra edilmişdir, o cümlədən artıq xərclərin qarşısının alınması üçün enerji auditləri keçirilmişdir. Şirkətin bir sıra əməkdaşı keyfiyyət və enerji təminatı sahəsində ən üstün təcrübələri mənimsəmək üçün Samara şəhərinə səfər etmişdir.

Şirkətin başlıca dəyəri -əməkdaşlarıdır. Buna görə də "Baltika-Bakı" nəinki işçilər üçün qənaətbəxş şəraitin yaradılması, eləcə də onların şirkət daxilində inkişafı və irəliləməsi üçün əlindən gələni əsirgəmir. Birinci rübdə şirkətdə işçilərin attestasiyası və fəaliyyətin illik dəyərləndirilməsi keçirilmişdir. Bunun nəticəsində şirkətdə əmək haqları artırılır və karyera irəliləməsi, bilik və bacarıqların inkişafı üçün imkanlar təyin edilir. Bundan əlavə, mart ayında iş yerlərinin şirkətin tələblərinə uyğunlaşdırmaq və iş prosesinə neqativ təsir göstərən faktorların aradan qaldırılması məqsədilə iş yerlərinin attestasiyasına başlanılmışdır.

İlk rübdə "Baltika-Bakı" "qaynar mövsümə" hazır olmaq üçün nəinki əhəmiyyətli işlər görmüşdür, eləcə də bir sıra çətinliklərlə üzləşmişdir. Şirkətin hesablamalarına əsasən pivə bazarının həcmi birinci rübdə 2015-ci ilin eyni dövrü ilə müqayisədə 35 faiz azalmışdır. Bu ilk növbədə Cinayət Məcəlləsinə daxil edilmiş 1 yanvar 2016-cı il tarixindən aksiz markası ilə markalanan malların nağd satışını qadağan edən düzəlişlərin qüvvəyə minməsi ilə əlaqədardır.

Tədarük zənciri iştirakçıların texniki hazırlıqsızlığı və plastik kartlardan istifadə mədəniyyətinin əhali arasında geniş yayılmaması səbəbindən qanunun tətbiqi pivə sahəsi daxil olmaqla Azərbaycanda aksizli malların dövriyyəsini ciddi şəkildə sarsıtmışdı. Vergilər Nazirliyinin qərarına görə qanunun qüvvəsi 12 yanvar tarixindən etibarən müvəqqəti olaraq dayandırlmışdır.

Buna baxmayaraq, məhsulun satış zənciri yalnız fevral ayının sonunda bərpa olmuşdur, bu da şirkətin rüblük nəticələrinə öz təsirini göstərmişdir: birinci rübün yekun nəticələrinə görə "Baltika-Bakı" şirkətinin birinci dərəcəli tədarüklərinin həcmi keçən ilin analoji dövrü ilə müqayisədə 27.9 faiz azalmışdır. Beləliklə yalnız mart ayında tədarük həcmi 6.8 faiz çoxalmışdır.

Bu artıma şirkətin "Xırdalan" brendinin milli Novruz bayramına həsr edilmiş seriyasının buraxılması səbəb olmuşdur. "Xırdalan" brendi həmçinin Avro 2016-nın rəsmi sponsorudur və mayın əvvəlində ilin ən əsas futbol turnirinə həsr edilmiş xüsusi pivə seriyasını buraxmışdır.

Birinci rübdə pivə sahəsinə və tələbatına 2015-ci ilin sonunda baş vermiş milli valyutanın devalvasiyası səciyyələnmiş makroiqtisadi vəziyyət təsir göstərmişdir. İstehlak qiymətlərinin inflyasiyası əhalinin alıcı qabiliyyətini aşağı salmışdır, buna görə də istehlakçılar alış veriş sayını azaldaraq və yaxud ondan tamamilə imtina edərək qənaət etməyə çalışır.

Hər bir biznes strukturunda olduğu kimi, "Baltika-Bakı" istehsalatının rentabelliyi sadəcə birbaşa olaraq makro-iqtisadi vəziyyətdən deyil, eləcə də sahənin məntiqli idarə olunmasından asılıdır. Bu məqamda şirkət üçün əsas rolu aksizin həcmi, eləcə də satış və reklam üzərində məhdudiyyətlərin minimum sayda olması əhəmiyyət təşkil edir.

Hazırda dövlət biznes fəaliyyətini asanlaşdırmaqla əlverişli biznes mühitinin təşkil edilməsinə və qeyri-xammal sektorunun inkişafına xüsusi diqqət yetirir. Məsələn, biznes yoxlamaları, pivə istehsalı sahəsi daxil olmaqla fəaliyyət növü üzrə lisenziyalaşdırmalar ləğv edilib. Bundan əlavə qanuna pivənin son istehlakçıya nağd hesablaşma ilə satışını mümkün edən məntiqli düzəliş edilmişdir.

Biznes müəssisələri və dövlət arasında mütəmadi dialoqun möhkəmləndirilməsi şirkətlərin fəaliyyəti və inkişafı üçün optimal şəraitin təmin edilməsi üçün zəmin yaradacaq. Nəticə etibarı ilə dövlət qeyri-neft sektorunun artan vergi tutulmalarından daha çox xeyir əldə edir. "Baltika-Bakı" öz növbəsində Azərbaycandakı biznesi inkişaf etdirməyə davam edir və yüksək keyfiyyətli məhsulun istehsalı üçün ən üstün pivə bişirmə praktikalarını tətbiq edir.

"Baltika-Bakı" pivə istehsalı zavodu Xırdalan şəhərində, Azərbaycanın paytaxtından 10 km məsafədə yerləşir. Carlsberg Qrupunun tərkib hissəsi olan "Baltika" şirkəti zavodu 2008-ci ildə əldə etmiş, 2009-cu ilin may ayında isə yenidənqurma işlərindən sonra istifadəyə vermişdir. Zavodun istehsal gücü ildə 10 milyon dekalitr təşkil edir. Şirkətdə təqribən 250 əməkdaş çalışır və təxminən 400 nəfər (distribyutor, agentliklər və podradçılar) iş prosesinə cəlb olunub. "Baltika-Bakı" şirkətinin büdcəyə illik vergi köçürmələri 20 milyon AZN-dən, zavodun inkişafına yatırılan ümumi məbləğ isə 47 milyon AZN-dən çoxdur. "Baltika-Bakı" şirkətinin məhsulu Azərbaycan bazarının 75%-ni təşkil edir (2015-ci il). Şirkət Xırdalan®, Tuborg®, Балтика 7®, Балтика 0®, Балтика 9®, Xırdalan Draft®, Kuler®, Əfsanə®, Жигулевское фирменное®, 33 Export kimi populyar pivə brendləri istehsal edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti