...

"Yaşıl iqtisadiyyat"ın qiymətləndirilməsi mövzusunda seminar keçirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 May 2016 18:04 (UTC +04:00)
Mayın 19-da Bakıda İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı və İqtisadiyyat Nazirliyinin birgə təşkilatçılığı ilə "Avropa İttifaqının Şərq Tərəfdaşlığı ölkələrində "yaşıl iqtisadiyyat” (EaP GREEN) proqramı çərçivəsində “Azərbaycanda "yaşıl iqtisadiyyat"ın qiymətləndirilməsi” mövzusunda seminar keçirilib.
"Yaşıl iqtisadiyyat"ın qiymətləndirilməsi mövzusunda seminar keçirilib

Bakı. Trend:

Mayın 19-da Bakıda İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı və İqtisadiyyat Nazirliyinin birgə təşkilatçılığı ilə "Avropa İttifaqının Şərq Tərəfdaşlığı ölkələrində "yaşıl iqtisadiyyat" (EaP GREEN) proqramı çərçivəsində "Azərbaycanda "yaşıl iqtisadiyyat"ın qiymətləndirilməsi" mövzusunda seminar keçirilib.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, tədbirdə İqtisadiyyat Nazirliyinin və aidiyyəti qurumların nümayəndələri, beynəlxalq təşkilatların Azərbaycandakı nümayəndəlikləri və xarici ekspertlər iştirak ediblər.

Seminarda Azərbaycanda milli "yaşıl iqtisadiyyat" göstəricilərinin müəyyənləşdirilməsi üçün metodologiyanın qəbulu və müvafiq göstəricilərdən istifadə etməklə "yaşıl iqtisadiyyat" haqqında hesabatın hazırlanması imkanları, həmçinin "yaşıl iqtisadiyyat" göstəriciləri üzrə işçi qrupunun yaradılması məsələsi müzakirə olunub.

Tədbir çərçivəsində "Azərbaycanda "yaşıl iqtisadiyyat"ın qiymətləndirilməsi" mövzusunda təqdimatlar keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti