...

Azərbaycan nümayəndə heyəti Macarıstana səfər edəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 May 2016 20:41 (UTC +04:00)
Mayın 22-dən 25-dək kənd təsərrüfatı naziri Heydər Əsədovun rəhbərlik etdiyi nümayəndə heyəti Macarıstana səfər edəcək.
Azərbaycan nümayəndə heyəti Macarıstana səfər edəcək

Trend-i buradan izləyin

Bakı. Trend:

Mayın 22-dən 25-dək kənd təsərrüfatı naziri Heydər Əsədovun rəhbərlik etdiyi nümayəndə heyəti Macarıstana səfər edəcək.

Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, səfərin məqsədi iki ölkə arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq imkanlarının, investisiya mühiti və gələcəkdə həyata keçirilməsi nəzərdə tutulan layihələrin müzakirəsi olacaq.

Səfər çərçivəsində nümayəndə heyəti Macarıstanın Kənd Təsərrüfatı Nazirliyində Macarıstan-Azərbaycan kənd təsərrüfatı üzrə biznes görüşdə iştirak edəcək, Macarıstanın kənd təsərrüfatının müxtəlif sahələri, o cümlədən atçılıq, quşçuluq, toxumçuluq, kənd təsərrüfatı texnikası, süd, şərab, yem istehsalı üzrə ixtisaslaşmış şirkətlərinin təcrübəsi ilə tanış olacaq, bu ölkənin fermerlərinin istehsal etdiyi məhsullara baxış keçirəcək.

Eyni zamanda Azərbaycan və Macarıstan iş adamları arasında işgüzar görüşlər keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti