...

Azərbaycanın ÜTT-yə üzvlüyü ilə bağlı növbəti danışıqların tarixi açıqlandı

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 İyun 2016 10:03 (UTC +04:00)

Bakı. İlahə Məmmədli - Trend:

Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzv olması istiqamətində növbəti danışıqlar Cenevrədə iyulun 21-22-də keçiriləcək. Bunu Trend-ə Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev deyib.

O, əlavə edib ki, ikitərəfli danışıqların aparılması üçün Norveç, Rusiya və Səudiyyə Ərəbistanından təkliflər alınıb: "Bu siyahının genişlənəcəyi istisna edilmir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti