...

"Baltika-Bakı" istehsalı müvəqqəti dayandırır

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 İyun 2016 10:17 (UTC +04:00)
“Baltika-Bakı” şirkəti istehsalatın 15 avqust 2016-cı il tarixindən müvəqqəti dayandırıldığını elan edib.
"Baltika-Bakı" istehsalı müvəqqəti dayandırır

Bakı. Trend:

“Baltika-Bakı” şirkəti istehsalatın 15 avqust 2016-cı il tarixindən müvəqqəti dayandırıldığını elan edib.

Bu barədə Trend-ə şirkətdən məlumat verilib.

Dünyada ən iri pivə istehsalçılarından olan Carlsberg Group-un bir hissəsi və Azərbaycanda pivə bazarının 75%-dən çox hissəsinə malik olaraq pivə istehsalı sənayesinin lideri olan “Baltika-Bakı” Azərbaycan Respublikasının qeyri-xammal sektorunun ən iri müəssisələrindən biri və yüzlərlə Azərbaycan vətəndaşının iş yeridir.

Son zamanlar Azərbaycan pivə bazarında ağır vəziyyət yaranıb: 2015-ci il ərzində bazarın həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 20%, 2016-cı ilin ilk rübü ərzində isə - daha 35% azalmışdır və bu tendensiya davam etməkdədir. Bu ilk növbədə milli valyutanın üzləşdiyi iki devalvasiya ilə bağlıdır, hansı ki əhalinin alıcılıq qabiliyyətinə təsir göstərmişdir.

Bütün bunların fonunda şirkətin biznesinə eyni zamanda qanunvericiliyin nizamlaması da təsir göstərir: cari ilin ikinci rübündə suyun tarifikasiya sistemi dəyişilmişdir, hansı ki yalnız 2016-cı il ərzində istehsalat xərclərinin 500 000 AZN artmasına gətirib çıxaracaq. Eyni zamanda 1 sentyabr 2016-cı il tarixindən aksiz markası ilə markalanmalı olan malların nəğd vəsait ilə dövriyyəsini qadağan edən və mütləq şəkildə öncədən ödəmə tələb edən qanun qüvvəyə minir, bu isə şirkət üçün öz məhsulunun realizasiyasını çətinləşdirir.

Bununla bağlı olaraq, şirkət tərəfdən 15 avqust 2016-cı ildən “Baltika-Bakı” zavodunda anbardan yük boşalmalarının davam edilməsi ilə pivə istehsalatının və süzməsinin iki ay müddətinə dayandırılması və əməkdaşların boşdayanma rejiminə keçirilməsi haqqında qərar qəbul edilmişdir. Bu addım şirkətin istehsalat xərclərini minimizasiya etməyə və 2016-cı ilin nəticələrinə əsasən şirkətin Azərbaycanda biznesinin rentabelliyini saxlamağa imkan verəcək, o cümlədən də kütləvi ixtisarların qarşısını almağa və maksimal dərəcədə iş yerlərinin qorunub saxlanmasını mümkün edəcək.

***

“Baltika-Baku” pivə zavodu Xırdalan şəhərində Azərbaycanın paytaxtından 10 km məsafədə yerləşir. Carslberg Group-un hissəsi olan “Baltika” şirkətinin zavodu 2008-ci ildə əldə etmiş, və 2009 ilin may ayında rekonstruksiyadan sonra istifadəyə vermişdir. Zavodun istehsal gücü ildə 10 milyon dekalitr təşkil edir. Şirkətdə 250 işçi və 400 vasitəçi (distributor, agentlik, icraçı) çalışır. “Baltika-Bakı” şirkətinin dövlət büdcəsinə illik ödəmələri 20 milyon AZN, zavodun inkişafına ayırdığı ümumi investisiya isə 47 milyon AZN təşkil edir. “Baltika-Bakı” məhsulları pivə sənayesi üzrə Azərbaycan bazarının 75 %-nı təşkil edir (2015-ci il). Şirkət “Xırdalan®”, “Tuborg®”, “Baltika 7®”, “Baltika 0®”, “Baltika 9®”, “Xırdalan Draft®”, “Kuler®”, “Əfsanə®”, “33 Export”, “Jiqulyovskoye Firmennoye®” kimi tanınmış brendləri istehsal edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti