...

Baş nazirin müavini: Çevriliş cəhdi Türkiyə iqtisadiyyatına təsir göstərməyəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 İyul 2016 14:42 (UTC +04:00)

Bakı. Trend:

Türkiyə hərbi çevriliş cəhdinin qarşısı alınandan sonra daha da güclənib və ölkənin makroiqtisadi əsasları üçün heç bir təhdid yoxdur.

Trend-in məlumatına görə, bunu Türkiyə Baş nazirinin müavini Mehmet Şimşək “Tvitter”dəki hesabında yazıb.

O qeyd edib: “Bu gün mən bizim mühüm investorlarımızla tele-konfrans keçirəcəyəm. Ölkə normal həyata qayıdır. Bizim sağlam makroiqtisadi əsaslarımız var. Biz bütün zəruri addımları atırıq, biz xalqımızın dəstəyi ilə daha da güclü olduq.

Xatırladaq ki, iyulun 15-dən 16-na keçən gecə Türkiyədə hərbi çevrilişə cəhd olub.

Xəbər lenti

Xəbər lenti