Bakı. Ənvər Məmmədov - Trend:
Azərbaycan 2018-ci ilə Türkiyəyə sərmayələrin həcmini 20 milyard dollaradək artırmağı planlaşdırır. Trend-in məlumatına görə, bunu "Yeni Şəfəq" qəzetinə müsahibəsində iqtisadiyyat naziri Şahin Mustafayev deyib.
Onun sözlərinə görə, hazırda Türkiyəyə sərmayələrin həcmi 8 milyard dollar təşkil edir: "2018-ci ilə Türkiyəyə sərmayələrin həcmini 20 milyard dollaradək artırmağı planlaşdırırıq. Türkiyə artıq Azərbaycana təqribən 10 milyard dollar sərmayə qoyub".
Ş.Mustafayev qeyd edib ki, Türkiyə ərazisində 1700-dən çox Azərbaycan şirkəti fəaliyyət göstərir, Azərbaycandakı Türkiyə şirkətlərinin sayı 2700-ü ötür.