...

12 sahibkara investisiyaların təşviqi sənədi verildi (YENİLƏNİB)(FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 İyul 2016 11:48 (UTC +04:00)
Azərbaycanda daha 12 sahibkar ümumi məbləği təqribən 106 milyon manat olan investisiyaların təşviqi sənədini alıb.
12 sahibkara investisiyaların təşviqi sənədi verildi (YENİLƏNİB)(FOTO)

Bakı. Ənvər Məmmədov - Trend:

Azərbaycanda daha 12 sahibkar ümumi məbləği təqribən 106 milyon manat olan investisiyaların təşviqi sənədini alıb.

Sahibkarlara sənədlər İqtisadiyyat Nazirliyinin təşkil etdiyi tədbirdə təqdim olunub.

Tədbirdə çıxış edən iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov qeyd edib ki, dünyada ağır iqtisadi vəziyyətə baxmayaraq, Azərbaycan rəhbərliyi ölkədə sahibkarlığın inkişafı üçün sistematik tədbirlər görür: "Ümumilikdə bu günədək investisiyaların təşviqi sənədini 30 sahibkar alıb, onlar üzrə investisiyaların ümumi həcmi isə təxminən 300 milyon manat təşkil edib. Bu investisiyalar hesabına təqribən 2700 yeni iş yerinin yaradılması nəzərdə tutulur. İnvestisiya layihələri Azərbaycanın yeddi iqtisadi rayonunu əhatə edir".

Nazir müavini ölkədə sənaye parklarına və məhəllələrinə artan marağı vurğulayıb: "Hazırda Masallı sənaye məhəlləsi üçün ümumi dəyəri 31 milyon manatdan çox olan 33 layihə təklif olunub, Neftçala sənaye məhəlləsində artıq 8 təklif edilmiş layihədən 4-ü üzrə rezident seçilib".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti