Bakı. Trend:
"Nikoyl Bank"ın nizamnamə kapitalı artırılacaq.
Maliyyə Bazarlarına Nəzarət Palatasından (MBNP) Trend-in sorğusuna cavab olaraq bildiriblər ki, Palata bank sektorunun sağlamlaşdırılması proqramı çərçivəsində “Nikoyl Bank"ın nizamnamə kapitalının 150 milyon manat (öncədən elan edilmiş 60 milyon manat daxil olmaqla) həcmində artırılacaq.
Bu barədə MBNP ilə bankın əsas səhmdarı olan “Topaz Investment” arasında protokol imzalanıb. Bununla da “Nikoyl Bank"ın ilin sonuna nizamnamə kapitalının həcmi 184,5 milyon manat təşkil edəcək.