Bakı. Azad Həsənli – Trend:
Bolqarıstan Azərbaycana geniş spektr məhsulların ixracında maraqlıdır.
Trend-in məlumatına görə, bunu Bolqarıstanın iqtisadiyyat naziri Bojidar Lukarski Bakıda keçirilən Azərbaycan-Bolqarıstan biznes forumunda deyib.
Onun sözlərinə görə, söhbət əczaçılıq məhsulları və tibbi avadanlıqlardan, geyim, qida və digər kənd təsərrüfatı məhsullarından və s.-dən gedir.