...

İstifadəsiz torpaqların dövriyyəyə qaytarılması üçün xüsusi qaydalar hazırlanıb (YENİLƏNİB)

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Dekabr 2016 14:15 (UTC +04:00)
Kənd Təsərrüfatı Nazirliyi istifadə olunmayan kənd təsərrüfatı torpaqlarının dövriyyəyə qaytarılması barədə xüsusi qaydalar hazırlayıb.
İstifadəsiz torpaqların dövriyyəyə qaytarılması üçün xüsusi qaydalar hazırlanıb (YENİLƏNİB)

Bakı. Ənvər Məmmədov - Trend:

Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi istifadə olunmayan kənd təsərrüfatı torpaqlarının dövriyyəyə qaytarılması barədə xüsusi qaydalar hazırlayıb.

Trend-in məlumatına görə, bunu jurnalistlərə Azərbaycan kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov deyib.

O qeyd edib ki, bu qaydalar artıq müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılma mərhələsindədir və yaxın zamanlarda hökumətə təqdim olunacaq.

Onun sözlərinə görə, nazirlik ölkə ərazisində istifadə olunmayan torpaqların müəyyən olunması üçün monitorinqlər keçirir.

S.Talıbov deyib: “Bu cür torpaqların aşkar olunması və dövriyyəyə qaytarılması Əmlak məsələləri üzrə Dövlət Komitəsinə tapşırılıb. Bununla belə, Kənd Təsərrüfatı Nazirliyi istifadə olunmayan torpaqlar barədə məlumatı kənd təsərrüfatı idarələrindən əldə edir və hökumətə çatdırır. Daha sonra bu torpaqların dövriyyəyə qaytarılması üçün tədbirlər görülür”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti