...

Bağlanmış bankların əmanətçilərinə 718 milyon manata yaxın kompensasiya ödənilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Dekabr 2016 16:47 (UTC +04:00)
4 bank üzrə ümumilikdə 126 miyon 074 min manatdan artıq kompensasiya ödənilib.
Bağlanmış bankların əmanətçilərinə 718 milyon manata yaxın kompensasiya ödənilib

Bakı. Trend:

Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) tərəfindən dekabrın 12-də “Parabank” ASC-nin qorunan əmanətçilərinə 42 milyon 907 min manat (ümumi kompensasiya öhdəliyinin 98%-i ), “Zaminbank” ASC-nin qorunan əmanətçilərinə 52 milyon 382 min manat (ümumi kompensasiya öhdəliyinin 72%-i), “Kredobank” ASC-nin qorunan əmanətçilərinə 27 milyon 764 min manat (ümumi kompensasiya öhdəliyinin 98%-i), “Dekabank” ASC-nin qorunan əmanətçilərinə isə 3 milyon 021 min manatdan (ümumi kompensasiya öhdəliyinin 96%-dən artıq) artıq kompensasiya ödənilib.

Fonddan Trend-ə verilən məlumata görə, 4 bank üzrə ümumilikdə 126 miyon 074 min manatdan artıq kompensasiya ödənilib.

Bundan başqa, “Atrabank” ASC-nin qorunan əmanətçilərinə 14 milyon 259 min manat (ümumi kompensasiya öhdəliyinin 97%-dən artıq), “Qafqaz İnkişaf Bankı” ASC-nin qorunan əmanətçilərinə 1 milyon 943 min manatdan (ümumi kompensasiya öhdəliyinin 92%-i) artıq kompensasiya ödənilib. 2 bank üzrə ümumilikdə 16 milyon 202 min manatdan artıq kompensasiya ödənilib.

Dekabrın 12-də “Bank of Azerbaijan” ASC-nin qorunan əmanətçilərinə 24 milyon 148 min (ümumi kompensasiya öhdəliyinin 97%-i), “Gəncəbank” ASC-nin qorunan əmanətçilərinə 975 min manat (yəni ümumi kompensasiya öhdəliyinin 94%-i), “Texnikabank” ASC-nin qorunan əmanətçilərinə isə 120 milyon 050 min manatdan artıq (ümumi kompensasiya öhdəliyinin 98%i) kompensasiya ödənilib. 3 bank üzrə ümumilikdə 145 milyon 173 min manatdan artıq kompensasiya ödənilib.

Həmçinin QSC “Bank Standard” KB-nin qorunan əmanətçilərinə 430 milyon 277 min manatdan artıq kompensasiya ödənilib. Belə ki, ümumi kompensasiya öhdəliyinin 97%-i əmanətçilərə ödənilib.

Ümumilikdə Fond tərəfindən 10 bank üzrə 717 milyon 726 min manatdan artıq kompensasiya ödənilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti