...

Petlim limanı ilə bağlı XƏBƏR

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 Yanvar 2017 15:01 (UTC +04:00)
Türkiyədə “Petlim” konteyner limanının ikinci mərhələsini 2017-ci ilin iyununda istifadəyə vermək planlaşdırılır
Petlim limanı ilə bağlı XƏBƏR

Bakı. Trend:

Türkiyədə “Petlim” konteyner limanının ikinci mərhələsini 2017-ci ilin iyununda istifadəyə vermək planlaşdırılır.

Trend-in məlumatına görə, bunu Türkiyənin “Dünya” qəzetinə müsahibəsində “SOCAR Turkey Energy”nun rəhbəri Zaur Qəhrəmanov deyib.

O deyib: “İkinci mərhələnin işə salınması limana 13 min konteynerlik gəmiləri qəbul etməyə və hər konteynerdən 200-250 dollar qənaət etməyə imkan verəcək. Bu, Egey dənizində ən böyük liman olacaq və gücünə görə Heydərpaşa limanını iki dəfə üstələyəcək”.

Petlim limanının tikintisinin birinci mərhələsi 2016-cı ilin dekabrında başa çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti