...

Azərbaycanda gömrük xidmətləri tam elektronlaşdırılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Aprel 2017 11:42 (UTC +04:00)
Azərbaycanın Dövlət Gömrük Komitəsi 100 faiz elektron xidmətə keçib.
Azərbaycanda gömrük xidmətləri tam elektronlaşdırılıb

Bakı. Maksim Tsurkov - Trend:

Azərbaycanın Dövlət Gömrük Komitəsi 100 faiz elektron xidmətə keçib.

Trend-in məlumatın agörə, bunu Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev bu gün Bakıda keçirilən "Caspian Energy 2017" forumunda deyib.

O bildirib ki, islahatlar gömrük sahəsinə də toxunub:

"Bu gün Azərbaycanda gömrük xidmətləri 100 faiz elektronlaşdırılıb. Biz eləcə də "yaşıl dəhlizləri"in fəaliyyəti üçün imkanlar yaradırıq. İdxalçı ölkələrdən artıq 10 təşkilat yaşıl dəhlizdən istifadə edir".

A.Əliyev həmçinin, sərhəd məntəqələri və aeroportlarda "Tax Free" tətbiq olunduğunu da qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti