...

Cavid Qurbanov: Azərbaycan Astaradan Rəştədək dəmir yolunun tikintisində maraqlıdır

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Sentyabr 2017 18:48 (UTC +04:00)

Bakı. Azad Həsənli - Trend:

Azərbaycan Astaradan Rəştədək (İran) olan dəmir yolunun tikintisində maraqlıdır.

Trend-in məlumatına görə, bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin rəhbəri Cavid Qurbanov Odessada “Ukrayna Dəmir Yolları” ASC-nin sədri vəzifələrini icra edən Yevgeni Kravtsovla görüşü zamanı deyib.

C.Qurbanov qeyd edib ki, “Cənub-Qərb” layihəsi strateji marşrutdur və Azərbaycan bu layihənin inkişafı üçün İranadək olan dəmir yolunun tikintisində maraqlıdır.

Öz növbəsində Y.Kravtsov bildirib ki, “Ukrayna Dəmir Yolları” “Cənub-Qərb” marşrutu ilə yük daşımaları üçün sərfəli tarif şərtləri təklif etməyə hazırdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti