Bakı. Azad Həsənli - Trend:
Azərbaycan Avropa və Mərkəzi Asiya regionunda mühüm uğurlara nail olmuş islahatçı ölkələr sırasına daxil olub.
Trend-in məlumatına görə, bu barədə Dünya Bankının “Doing Business 2018: İş yerlərinin yaradılması məqsədilə islahatlar” hesabatında bildirilir.
Azərbaycan siyahıda 190 ölkə arasında 57-ci yerdə qərarlaşıb. Ölkə islahatların aparılması üzrə builki siyahıda 70,19 bal toplayıb.
Ötənilki hesabatda Azərbaycan 67,07 balla 65-ci yerdə qərarlaşmışdı.
Sənəddə o da qeyd olunur ki, Azərbaycan hesabat dövründə 4 islahat həyata keçirib.