...

Mikayıl Cabbarov: Azərbaycanda vergi yoxlamalarının sayı azaldılacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Fevral 2018 15:02 (UTC +04:00)
Vergilər Nazirliyi vergi yoxlamalarının sayını azalda bilər
Mikayıl Cabbarov: Azərbaycanda vergi yoxlamalarının sayı azaldılacaq

Bakı. Ənvər Məmmədov - Trend:

Vergilər Nazirliyi vergi yoxlamalarının sayını azalda bilər.

Trend-in məlumatına görə, bunu "Vergilər. Şəffaflıq. İnkişaf" adlı konfransda vergilər naziri Mikayıl Cabbarov deyib.

Nazir bildirib ki, yoxlamaların sayının azaldılması nəzarət sisteminin zəifləməsi demək deyil: “Müəssisələrin fəaliyyətində vergidən yayınma halları və ya belə halların yaranması üçün risklərin mövcudluğu aşkar olunarsa, şübhəsiz ki, vergi ödəyicisi ilə təmas qurulacaq və risklərin aradan qaldırılmasına çalışılacaq. Yoxlamalar və sanksiyaların tətbiqi bizim məqsədimiz deyil. Məqsədimiz dövlət-sahibkar münasibətlərində qarşılıqlı etimadın artırılmasına nail olmaqdır”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti