...

Azərbaycan investisiyaları və Misirin Süveyş kanalı?

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 Fevral 2018 12:00 (UTC +04:00)

Bakı. Ənvər Məmmədov - Trend:

Misir Azərbaycanla əməkdaşlığın möhkəmlənməsinə və ölkədə həyata keçirilən iri layihələrə, xüsusilə Süveyş kanalının inkişafına Azərbaycan investisiyalarının cəlb olunmasına ümid edir.

Trend-in məlumatına görə, bunu Qahirədə Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayevlə görüşü zamanı Misirin xarici işlər naziri Sameh Şükrü deyib.

Misirli nazir Ş.Mustafayevi ölkəsindəki investisiya imkanları barədə, o cümlədən, iqtisadiyyatın müxtəlif sahələri, eləcə də neft-qaz sektorundakı layihələr barədə məlumatlandırıb.

Qeyd edək ki, Ş.Mustafayev iqtisadi, texniki və elmi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın iclaslarında iştirak etmək məqsədilə Qahirədə ikigünlük səfərdədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti