...

"Nobel Oil Services" və "GAMA Industry Inc." birgə müəssisə yaradıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 Fevral 2018 17:27 (UTC +04:00)
Nobel Oil Services şirkətlər qrupuna daxil olan PROKON və qlobal səviyyədə sənaye obyektlərinin tikintisini həyata keçirən GAMA Industry Inc. yeni birgə müəssisə yaradıblar.
"Nobel Oil Services" və "GAMA Industry Inc." birgə müəssisə yaradıb

Bakı. Trend:

Nobel Oil Services şirkətlər qrupuna daxil olan PROKON və qlobal səviyyədə sənaye obyektlərinin tikintisini həyata keçirən GAMA Industry Inc. yeni birgə müəssisə yaradıblar.

Şirkətdən Trend-ə verilən məlumata görə, ProkonGama adlanan yeni şirkət ən yüksək səviyyədə xidmətlər göstərmək məqsədi ilə hər iki şirkətin təcrübə və bacarıqlarını özündə birləşdirəcək.

PROKON bir sıra uğurlu layihələri həyata keçirməklə sürətli inkişafa nail olub. PROKON müştəri gözləntilərini üstələyən etibarlı tərəfdaş və xidmət təchizatçısı kimi peşəkar reputasiya qazanıb və ölkədə irimiqyaslı tikinti layihələrini həyata keçirmək təcrübəsinə və imkanlarına malik aparıcı şirkətlərdən birinə çevrilib. PROKON-un ən son iştirak etdiyi layihələrdən biri Karbamid zavodunun tikintisidir. SOCAR, Samsung Engineering, BP, Technip, Norm, Biwater, CTIEC, GAMA Industry Inc. kimi şirkətlər onun əsas müştəriləri və tərəfdaşları sırasındadır.

GAMA Industry Inc. Türkiyə, Rusiya, Malayziya, Səudiyyə Ərəbistan, Azərbaycan, Qazaxıstan, eləcə də Yaxın Şərq, Mərkəzi Asiya və Avropanın bir sıra digər ölkələrində 300-dən çox irimiqyaslı layihələri həyata keçirərək sənaye tikintisi sektorunda böyük iş təcrübəsinə malikdir. GAMA Industry Inc. şirkətinin portfelinə istilik və hidroelektrik stansiyalarının, neft emalı, qaz emalı, neft-kimya, dəmir və poladəritmə və sement zavodlarının, boru kəmərlərinin, dambaların, yeraltı nəqliyyat sistemlərinin, infrastruktur obyektlərinin tikintisi və quraşdırılması daxildir.

Böyük Britaniyada qeydiyyatdan keçmiş Nobel Oil Services şirkətinin tikinti və layihələrin idarə edilməsi üzrə törəmə müəssisəsi kimi, 2012-ci ildə Azərbaycanda yaradılan PROKON qısa müddətdə ölkədə böyük sənaye layihələrinin tikintisini həyata keçirən şirkətlərdən birinə çevrilib.

PROKON həm əməliyyat, həm də maliyyə fəaliyyətində ən yüksək standartlara riayət edir. PROKON, eləcə də Nobel Oil, şəffaf maliyyə fəaliyyətinə görə Vergilər Nazirliyi tərəfindən “Şəffaf Vergi Partnyoru” statusuna layiq görülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti