...

"Nobel Oil Services" məhdud imkanları olan gənclər üçün əmək yarmarkasında iştirak edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 May 2018 19:46
Tədbir zamanı Nobel Oil Services nümayəndələri şirkətin fəaliyyəti və mövcud vakansiyalar barədə tələbələrə məlumat verib
"Nobel Oil Services" məhdud imkanları olan gənclər üçün əmək yarmarkasında iştirak edib

Trend-i buradan izləyin

Bakı. Trend:

Nobel Oil Services məhdud imkanları olan gənclər üçün nəzərdə tutulan əmək yarmarkasında iştirak edib.

Bu barədə Trend-ə şirkətdən məlumat verilib.

Nobel Oil şirkətinin Qrup üzrə İnsan Resursları Meneceri Ellada Alışova qeyd edib: “İnanırıq ki, sosial baxımdan məsuliyyətli işəgötürənlər məhdud imkanları olan insanları onlara uyğun şərait təklif etməklə əmək bazarına inteqrasiya etmək üçün öz resurslarından istifadə etməlidir. Nobel Oil Services şirkətlər qrupunda məhdud imkanları olan insanlara xüsusi diqqət ayırırıq və onların üstün cəhətlərini ifadə etmələri üçün iş mühitinin təmin edilməsinə davamlı səy göstəririk. Şirkətlər qrupu daxilində, cəmiyyətin həssas üzvləri kateqoriyasına aid təqribən 90 nəfəri işlə təmin edirik və bu əmək yarmarkasından sonra yeni namizədlərin cəlb edilməsini gözləyirik. Biz çoxlu sayda istedadlı və işə həvəsli gənclərlə görüşdük və onların karyera inkişafı üçün imkanlar yaratmağa şadıq. Biz, məşğulluq imkanları axtaranlar üçün bu platformanın yaradılmasına görə təşkilatçılara da təşəkkür edirik”.

Tədbir zamanı Nobel Oil Services nümayəndələri şirkətin fəaliyyəti və mövcud vakansiyalar barədə tələbələrə məlumat verib, sonuncu kurs tələbələrindən və məzun olmuş şəxslərdən onlarla ərizələr qəbul edib və ilkin müsahibələr üçün bir sıra namizədlər seçib.

Nobel Oil Services korporativ sosial məsuliyyətə xüsusi diqqət yetirir və fəaliyyət göstərdiyi sahəyə töhfə vermək üçün davamlı imkanlar axtarır.

Nobel Oil Services neft-qaz sahəsində ixtisaslaşan çoxşaxəli şirkətlər qrupudur. Şirkətlər qrupuna daxil olan müəssisələr qazma, tikinti və layihələrin idarəedilməsi, eləcə də avadanlığa texniki xidmət, təchizat və layların neftverimliliyinin artırılması xidmətlərini göstərək fəaliyyətlərini uğurla inkişaf etdirirlər.

Nobel Oil Services həm əməliyyat, həm də maliyyə fəaliyyətində ən yüksək standartlara riayət edir. Nobel Oil şəffaf maliyyə fəaliyyətinə görə Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən “Şəffaf Vergi Partnyoru” statusuna layiq görülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti