Bakı. Azad Həsənli - Trend:
Əfqanıstan yaxın vaxtlarda Azərbaycan vasitəsilə Avropaya ilk yükləri göndərməyi planlaşdırır.
Bu barədə Trend Əfqanıstan mətbuatına istinadən məlumat verir.
Yüklər Əfqanıstan, Türkmənistan, Azərbaycan, Gürcüstan və Türkiyədən keçib Avropaya gedən "Lapis Lazuli" marşrutu ilə göndəriləcək. Yüklər yerüstü, dəmir yolu və dəniz nəqliyyatı ilə çatdırılacaq.
Əfqanıstan Xarici İşlər Nazirliyinin İqtisadi əməkdaşlıq departamentinin rəhbəri Həsən Suroş deyib ki, tədarük planı iki həftə ərzində "Lapis Lazuli" iştirakçıları ilə razılaşdırılacaq.
Əfqanıstan bu marşrutla xalça, zəfəran, dərman bitkiləri və digər mallar göndərməyi nəzərdə tutur.