...

“Silk Way Travel”dan sərfəli təklif: Antalyaya səyahət cəmi 359 dollar

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Dekabr 2018 17:25 (UTC +04:00)
“Silk Way Travel” turizm şirkəti türk tərəfdaşı “Summer Tour” şirkəti ilə birlikdə Türkiyənin məşhur kurortu Antalyaya super sərfəli turpaketlər təklif edir.
“Silk Way Travel”dan sərfəli təklif: Antalyaya səyahət cəmi 359 dollar

Bakı. Trend:

“Silk Way Travel” turizm şirkəti türk tərəfdaşı “Summer Tour” şirkəti ilə birlikdə Türkiyənin məşhur kurortu Antalyaya super sərfəli turpaketlər təklif edir.

“Silk Way Travel” şirkətinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, aksiya çərçivəsində cəmi 359 USD*-ə 5-ulduzlu oteldə 7 gecə/ 8 günlük turpaket əldə etmək mümkündür.

* Qiymət ikinəfərlik otaqda qalmaq şərtilə bir nəfər üçün hesablanmışdır.

Qiymətə birbaşa gediş-dönüş aviabileti (AZAL aviaşirkəti), hava limanı-otel-hava limanı transferi, “hər şey daxil” (all-inclusive) sistemi üzrə 5-ulduzlu oteldə gecələmə və tibbi sığorta daxildir. Kurort şəhəri Antalyada 5 otel seçimi təklif olunur.

Giriş tarixləri: 11, 15, 18, 22 may 2019-cu il.

Bundan başqa, “Silk Way Travel” həmçinin Türkiyə kurortlarında aksiya üzrə turpaketlərə daxil olmayan digər otellərə 50% -dək endirimlə erkən rezervasiya ilə digər səyahət paketlərinin satışına da başlayır.

Daha ətraflı məlumat üçün “Silk Way Travel” ilə aşağıdakı telefon nömrəsi vasitəsilə əlaqə saxlaya bilərsiniz:

(+99412) 310 36 63;
E-mail: [email protected];

Qaynar turlar və sərfəli təkliflər haqqında daha ətraflı məlumat ilə “Silk Way Travel”ın sosial şəbəkələrdəki səhifələrində tanış olmaq mümkündür:

• facebook.com/silkwaytravel.az

• instagram.com/sw_travel

• t.me/SilkWayTravel

Turizm yollayışlarını həmçinin şirkətin Bakı şəhəri, Nizami küçəsi, 126A ünvanında yerləşən ofisində əldə etmək mümkündür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti