...

"Xalq Bank"ın 14 yaşı oldu

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 Dekabr 2018 19:49 (UTC +04:00)

Bakı. Trend:

ASC “Xalq” Bankı Azərbaycan Respublikasının Mərkəzi Bankının 27 dekabr 2004-cü il tarixli lisenziyası əsasında fəaliyyətə başlayıb.

Yarandığı gündən etibarlılığı və sabitliyi ilə seçilən Xalq Bank öz müştərilərinə dürüstlük və şəffaflıq, etimad, hörmət, çeviklik, xidmətin yüksək keyfiyyəti və fərdi yanaşma prinsipləri əsasında müasir, əlverişli xidmət və məhsulları təqdim edir. Ötən 14 il ərzində bank böyük və şərəfli yol qət edərək ölkənin aparıcı bankları sırasında öz yerini tutub. Bu zaman kəsiyində Xalq Bankın qazandığı ən böyük nailiyyət isə müştərilərin dərin hörməti, etibarıdır.

Hazırda Xalq Bank 8-i paytaxtda, 21-i ölkəmizin bölgələrində olmaqla, ümumilikdə 29 filialı özündə birləşdirən universal bankdır. Bu illər ərzində Xalq Bank əsas maliyyə göstəriciləri üzrə sabit artım nümayiş etdirir və ölkənin bank sektorunun liderlərindən biridir. Bank yüz minlərlə müştəri, ölkə iqtisadiyyatının müxtəlif sahələrinin flaqmanları olan tərəfdaşlara, eləcə də peşəkar, dərin bilikli və işinə sadiq əməkdaşlara malikdir. Xalq Bank müştəri və tərəfdaşlarının hər birinə inam və etimada görə dərin minnətdarlığını bildirir, gələcəkdə onlarla birlikdə yeni-yeni uğurlara imza atacağını əminliklə bildirir.

ASC “Xalq” Bankı Azərbaycan xalqını 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl münasibətilə təbrik edir!

Məqalədə:
Xəbər lenti

Xəbər lenti