...

Azərbaycan Əfqanıstana yumurta ixracını artıracaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 Sentyabr 2019 20:35 (UTC +04:00)
“Hacıqabul quşçuluq fabriki" yaxın aylarda Əfqanıstan bazarına yumurta tədarük etməyi planlaşdırır
Azərbaycan Əfqanıstana yumurta ixracını artıracaq

Bakı. Mətanət Nəsibova - Trend:

“Hacıqabul quşçuluq fabriki" yaxın aylarda Əfqanıstan bazarına növbəti dəfə yumurta tədarük etməyi planlaşdırır.

Bu barədə Trend-ə müəssisədən bildiriblər.

Məlumata əsasən, hərəsi 360 yumurtadan ibarət 250-300 bağlamanın ixracı nəzərdə tutulur:

“Bu, həmin bazara ikinci tədarükümüz olacaq. İlk ixracat 200 bağlamadan ibarət idi. Paralel olaraq biz yumurta istehsalını 30-35 milyon ədədədək artırmağı planlaşdırırıq. Hazırda bu göstərici 25 milyon ədəd təşkil edir”.

Müəssisədə istehsal olunan məhsul uyğunluq sertifikatına malikdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti