...

Türkiyə türkdilli ölkələrə ixracı artırıb (ÖZƏL)

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Dekabr 2019 09:06 (UTC +04:00)
2019-cu ilin yanvar-oktyabr aylarında Türkiyənin türkdilli ölkələrə ixracı ötən ilin eyn dövrü ilə müqayisədə 16,3 faiz artaraq 3,819 milyard dollar təşkil edib
Türkiyə türkdilli ölkələrə ixracı artırıb (ÖZƏL)

Bakı. Rufiz Hafizoğlu - Trend:

2019-cu ilin yanvar-oktyabr aylarında Türkiyənin türkdilli ölkələrə ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 16,3 faiz artaraq 3,819 milyard dollar təşkil edib.

Bu barədə Trend-ə Türkiyənin Ticarət Nazirliyindən bildiriblər.

Oktyabr ayında Türkiyədən türkdilli ölkələrə ixrac 2018-ci ilin oktyabrı ilə müqayisədə 28,7 faiz artıb və 344,522 milyon dollara bərabər olub.

2019-cu ilin yanvar-oktyabr aylarında türkdilli ölkələrdən Türkiyəyə idxal ötən ilin eyn dövrü ilə müqayisədə 6,9 faiz artaraq 2,634 milyard dollar təşkil edib.

Oktyabr ayında türkdilli ölkələrdən Türkiyəyə idxal 2018-ci ilin oktyabrı ilə müqayisədə 19 faiz artıb və 212,328 milyon dollara bərabər olub.

2019-cu ilin oktyabrında Türkiyənin xarici ticarət dövriyyəsi 34,515 milyard dollar təşkil edib.

Hesabat dövründə ixrac 2018-ci ilin oktyabrı ilə müqayisədə 1,53 faiz azalaraq 16,336 milyard dollar, idxal 10,79 faiz artaraq 18,179 milyarda bərabər olub.

Yanvar-oktyabr aylarında Türkiyənin xarici ticarət dövriyyəsi 320,912 milyard dollar təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti