...

Azərbaycan şərab istehsalçıları ixrac üçün yeni bazarlar tədqiq edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Noyabr 2020 19:24 (UTC +04:00)
Azərbaycan şərab istehsalçıları ixrac üçün yeni bazarlar tədqiq edir

Bakı. Fidan Babayeva - Trend:

Azərbaycan bu günədək Rusiya, Belarus, Ukrayna, Qırğızıstan, Çin, İsrail, Polşa, eləcə də ABŞ-a şərab məhsulu ixrac edib.

Bunu Trend-ə Şərab İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Elçin Mədətov deyib.

Onun sözlərinə görə, ixrac coğrafiyası hər il artır və şərab istehsalçıları yerli məhsulu yeni bazarlara uğurla ixrac edirlər:

“Həm də qeyd etmək lazımdır ki, Azərbaycanda şərab məhsullarının yeni markalarını yaratmaq prosesi daim gedir”.

E.Mədətov bildirib ki, ümumi istehsalda, satış həcmləri və daxili istehlakın azalması müşahidə olunub. Bu, koronavirus pandemiyası zamanı tətbiq olunan məhdudlaşdırma tədbirləri ilə əlaqədar baş verib.

Pandemiya dövründə şirkətin ofislərinin fəaliyyəti barədə danışan assosiasiya sədri bildirib ki, ofislər məsafədən iş rejiminə keçib, amma istehsal prosesi sadələşdirilmiş formada, növbəli şəkildə davam edir:

“İstehsalçılar tədricən onlayn satışları təşkil edir, Bakı şəhəri daxilində çatdırma işi ilə məşğul olan kuryer xidmətləri ilə razılaşmalar əldə olunub. Bəzi şirkətlər öz ticarət nümayəndələri vasitəsilə çatdırma ilə məşğul olurlar”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti