Bakı. Trend:
Elektrik avtomobil istehsalçısı "Tesla" bazar kapitallaşmasına görə "Facebook"u geridə qoyub.
Trend-in məlumatına görə, "Tesla"nın bazar dəyərinə görə ABŞ-ın ən böyük beşinci şirkətinə çevrildiyi qeyd olunur.
Bildirilir ki, bu şirkətin bazar dəyəri 834, "Facebook"da isə təxminən 643 milyard dollardır.
Qeyd olunur ki, 12 gün ardıcıl bazar dəyəri yüksələn elektrik avtomobil istehsalçısı cəmi beş gün ərzində bu göstəricini 100 milyard dollardan çox artıra bilib.