...

Azərbaycandan Qətərə ekoməhsullar ixrac edilir

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 Yanvar 2021 16:15 (UTC +04:00)
Azərbaycandan Qətərə ekoməhsullar ixrac edilir

Bakı. Fidan Babayeva, Orxan Nəbiyev - Trend:

2020-ci ilin iyulunda Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) dəstəyi ilə IDEA şirkəti və Qətərin daşınmaz əmlak sektorunda aparıcı şirkətlərdən biri "Halul Group Real Estate" arasında ixrac haqqında saziş imzalanıb.

Bu barədə Trend-ə İqtisadiyyat Nazirliyindən bildiriblər.

Qeyd olunub ki, sazişə əsasən IDEA "Doha Oasis" layihəsi üçün yerli memarlar tərəfindən müasir tərzdə hazırlanmış ekotullantılardan skamyalar və qutular ixrac edib. Həmin layihənin tezliklə Qətərdə işə salınması planlaşdırılır.

"Doha Oasis" Qətərin paytaxtı Dohanın mərkəzində unikal çoxfunksiyalı kompleksdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti