...

Dünya Bankı "Doing Business" hesabatından imtina etdi

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Sentyabr 2021 23:02 (UTC +04:00)

Bakı. Trend:

Dünya Bankı artıq fərqli ölkələrdə biznesin aparılması şəraiti ilə bağlı illik "Doing Business" hesabatını dərc etməyəcək.

Trend-in məlumatına görə, bu barədə Dünya Bankının rəsmi açıqlamasında deyilir.

Açıqlamada bildirilir: "Doing Business" barəsində olan bütün məlumatları, o cümlədən keçmiş icmalların, auditlərin və Dünya Bankının bu gün Direktorlar Şurası adından təqdim etdiyi hesabatı nəzərdən keçirdik və Dünya Bankı Qrupunun rəhbərliyi olaraq bu hesabatların hazırlanmasına və dərcinə son qoymağa qərar verdik".

Qeyd edilir ki, bundan sonra iş və investisiya vəziyyətinin qiymətləndirilməsi üçün yeni üsul üzərində işləyəcəyik.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti