...

Azad edilmiş əraziləridə sahibkarlığın maliyyələşdirilməsinə dair mexanizmlər hazırlanır

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 Yanvar 2022 12:07 (UTC +04:00)
Azad edilmiş əraziləridə sahibkarlığın maliyyələşdirilməsinə dair mexanizmlər hazırlanır

Bakı. Nəzrin İsrafilova - Trend:

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində sahibkarlığın maliyyələşdirilməsinə dair mexanizmlər hazırlanır.

Trend-in məlumatına görə, bunu Fondun İdarə heyəti sədri vəzifələrini icra edən Osman Xaliyev 2021-ci ilin yekunlarına həsr olunmuş brifinq zamanı deyib.

“Hazırda həmin mexanizmlər təhlil olunur, aidiyyəti strukturlarla razılaşdırılır. Əgər mexanizmlər qəbul edilərsə, sahibkarlıq subyektlərinə əlavə maliyyə dəstəyi veriləcək”, - deyə o, qeyd edib.

Onun sözlərinə görə, 2021-ci ildə Fonda İşğaldan azad olunmuş ərazilərə xidmət, logistika, hər hansı istehsal sahəsi üzrə fəaliyyət göstərən sahibkarlıq subyektlərindən müraciətlər daxil olub.

"Fond həm dövlət zəmanətli kreditlər, həm güzəştli kredit istiqamətində bu sahibkarlıq subyektlərini dəstəkləmişdir. Bizim fondun qiymətləndirmə meyarı olaraq işğaldan azal olunmuş ərazilərdə fəaliyyət göstərən və ya həmin ərazilərə uyğun işlər quran sahibkarlıq subyektlərinə biz xüsusi yanaşma tətbiq edirik və onların müraciətlərini çalışırıq ki, maksimum diqqətdə saxlayaq", - O.Xaliyev deyib.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti