...

"Çovdar" yatağında satıla biləcək qızıl ehtiyatı artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Fevral 2022 13:49 (UTC +04:00)
"Çovdar" yatağında satıla biləcək qızıl ehtiyatı artıb

Bakı. Nəzrin İsrafilova - Trend:

Son illərdə "AzerGold" QSC tərəfindən keçirilmiş əlavə tədqiqat, kəşfiyyat və optimallaşdırma işləri nəticəsində "Çovdar" yatağının oksid mərhələsi üzrə satıla biləcək qızıl ehtiyatı 179 min unsiyadan 212 min unsiyayadək artıb.

Trend-in məlumatına görə, bunu QSC-nin İdarə heyətinin sədri Zakir İbrahimov 2021-ci ilin yekunlarına və qarşıda duran tapşırıqlara həsr olunmuş mətbuat konfransında deyib.

Onun sözlərinə görə, "Çovdar" yatağının oksid mərhələsi üzrə istismarı 2021-ci ilin aprelində başa çatıb.

"Eyni zamanda, hesabat ilində “Çovdar” yatağının sulfid mərhələsi üzrə oksid filizlərin istismarı nəticəsində 28 min unsiya hasilat işləri həyata keçirilib. Beş il ərzində şirkətin ümumi hasilat həcmi 256,5 min unsiya qızıl və 488 min unsiya gümüş təşkil edib", - deyə o bildirib.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti