Bakı. Sədrəddin Ağcayev - Trend:
2021-ci ildə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti sahibkarlar barəsində ümumilikdə 710 min manat məbləğində sanksiyalar tətbiq edib.
Trend-in məlumatına görə, bunu xidmətin rəhbəri Məmməd Abbasbəyli 2021-ci ilin yekunları ilə bağlı mətbuat konfransında deyib.
Onun sözlərinə görə, ötən il antiinhisar qanunvericiliyinin pozulması ilə bağlı 22 işə baxılıb.
"İşlər müxtəlif fəaliyyət sahələrinə, o cümlədən icbari tibbi sığorta sahəsinə aid olub. Nəticədə, 2021-ci ildə qanunları pozan şəxslərə 710 min manat məbləğində maliyyə sanksiyası tətbiq edilib", - deyə o bildirib.
M.Abbasbəyli əlavə edib ki, hesabat dövründə fəaliyyətin icrası qaydalarının pozulması ilə bağlı 178 müraciət qeydə alınıb.
"Bunlardan 15 müraciət reklam sahəsində, 96 müraciət rəqabət sahəsində qeydə alınıb", - xidmət rəhbəri deyib.
(Tərcümə: Orxan Nəbiyev)