Bakı. Trend:
Ukrayna 11 milyard dollarlıq beynəlxalq yardımla bağlı danışıqlar aparır, onun 5 milyard dollarını artıq alıb.
Trend "UNİAN"-a istinadla xəbər verir ki, bu barədə Ukraynanın maliyyə naziri Sergey Marçenko cümə günü keçirdiyi brifinqdə bildirib.
Onun sözlərinə görə, hazırda büdcə gəlirləri Ukraynanın xərclərinin cəmi 54%-ni təmin edir ki, bura da hərbi xərclər daxil deyil.
"Ona görə də əsas xərclər beynəlxalq yardımlar, beynəlxalq borcalmalar hesabına təmin edilir. Vaxtımızın 90%-ni buna sərf edirik”, - Marçenko bildirib.
Onun sözlərinə görə, Ukrayna üçün əsas tərəfdaş qismində ABŞ, Kanada, Böyük Britaniya və Avropa İttifaqı çıxış edir.