Bakı. Trend:
Daha yeddi biznes subyekti Ağdam sənaye parkının rezidenti statusunu alacaq.
Trend-in məlumatına görə, bunu çərşənbə günü İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə Heyətinin sədr müavini Elxan Şiriyev "Qarabağda biznes və investisiya imkanları" adlı panel sessiyasında deyib.
Onun sözlərinə bu sənaye parkı 2021-ci ildə yaradılıb.
"Ərazi mina və partlamamış sursatlardan tamamilə təmizlənib. Bu gün yeddi biznes subyekti Ağdam sənaye parkının rezidentidir və daha yeddisi bu statusu almağı planlaşdırır", - deyə o bildirib.
E.Şiriyev qeyd edib ki, "Araz vadisi iqtisadi zonası" sənaye parkı əsasən logistika mərkəzlərinin yaradılmasına yönəlib.
"Sənaye parkının bir rezidenti nəqliyyatın texniki xidmətinin təşkilini planlaşdırır, digər qeyri-rezident isə yanacaqdoldurma məntəqəsi yaratmaq niyyətindədir", - E.Şiriyev deyib.