...

Azərbaycana gətirilən bəzi xammallar gömrük rüsumlarından azad ediləcək - DGK

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 Noyabr 2022 11:38 (UTC +04:00)
Azərbaycana gətirilən bəzi xammallar gömrük rüsumlarından azad ediləcək - DGK
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

Yaxın zamanlarda istehsalda istifadə olunan bəzi xammal növlərinin Azərbaycana gətirilməsinin gömrük rüsumlarından azad edilməsi planlaşdırılır.

Trend-in məlumatına görə, bunu noyabrın 30-da Dövlət Gömrük Komitəsinin (DGK) Gömrük ödənişləri idarəsinin rəisi Tariyel Alverdiyev "Ticarət və ixracat" adlı forum zamanı deyib.

Onun sözlərinə görə, ölkədə sahibkarlıq fəaliyyətinin inkişafına yönəlmiş bir sıra təşəbbüslərin reallaşdırılması gözlənilir.

"Azərbaycanın 2026-cı ilədək sosial-iqtisadi inkişafı strategiyası çərçivəsində komitəmiz tərəfindən "Yeni gömrük, gələcəyə baxış" proqramı hazırlanacaq. Bu proqramda beş prioritet istiqamət müəyyən edilib. Məsələn, bu günədək "e-customs" portalında avans ödəməsi zamanı sahibkar bu məbləği gömrük borclarının bağlanmasında istifadə edə bilmirdi. Bu problem qeyd olunan proqramda öz həllini tapıb və yanvarın 1-dən bu proqramın işə salınması nəzərdə tutulur", - deyə o bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti