...

Azərbaycan FAO ilə birgə 60-dan yuxarı kənd təsərrüfatı layihəsi reallaşdırıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 Yanvar 2023 12:19 (UTC +04:00)
Azərbaycan FAO ilə birgə 60-dan yuxarı kənd təsərrüfatı layihəsi reallaşdırıb
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan FAO ilə birlikdə kənd təsərrüfatı sahəsində 60-dan yuxarı layihə reallaşdırıb.

Trend-in məlumatına görə, bu barədə bu gün Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin idarəetmə sədri Seymur Mövlayev Türkiyə və Azərbaycandakı FAO nümayəndəliklərinin birgə fəaliyyətinə həsr olunmuş regional seminar zamanı deyib.

Onun sözlərinə görə, ölkənin bölgələrində kənd təsərrüfatı mühiti, həmçinin qida təhlükəsizliyi yaxşılaşdırılıb.

"Belə ki, FAO-nun Türkiyə ofisi ilə birgə layihələr çərçivəsində biz müxtəlif istiqamətlərdə, o cümlədən kənd təsərrüfatı və heyvandarlıq sahələrində bir çox layihə reallaşdırmışıq", - sədr əlavə edib.

Qeyd edək ki, FAO-nun əsas məqsədi Azərbaycanda qida məhsullarının və tullantıların idarə olunması sahəsində layihələrə dəstəyə yönəlib. Tərəflər birlikdə kənd təsərrüfatı sahəsində 60-dan yuxarı layihə reallaşdırıb, xüsusən də ölkənin bölgələrində kənd təsərrüfatı mühiti, o cümlədən, qida təhlükəsizliyi yaxşılaşdırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti