...

Azərbaycan və FAO ətraf mühitin mühafizəsi üzrə layihələr üzərində çalışmağa davam edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 Yanvar 2023 11:51 (UTC +04:00)
Azərbaycan və FAO ətraf mühitin mühafizəsi üzrə layihələr üzərində çalışmağa davam edir
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

Ekologiya və Təbii Sərvətlər Nazirliyi işğaldan azad olunmuş ərazilər də daxil olmaqla yaxın beş il üçün ətraf mühitin mühafizəsi üzrə strategiyanı təsdiqləyib.

Trend-in məlumatına görə, bu barədə ekologiya və təbii sərvətlər nazirinin məsləhətçisi Rasim Səttarzadə Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycanda birgə fəaliyyətinə həsr olunmuş regional seminar zamanı deyib.

Onun sözlərinə görə, istər nazirliklərlə, istərsə də FAO ilə bir sıra monitorinq işlərinin keçirilməsi gözlənilir.

"Bizim FAO ilə artıq bir çox layihəmiz var və biz bu təşkilatın dəstəyi ilə ətraf mühitin mühafizəsi üzrə layihələrin reallaşdırılmasını davam etdirmək niyyətindəyik. Biz həmçinin, FAO-nun texniki dəstəyi ilə meşələrin inventarlaşdırılmasını həyata keçirdik və müvafiq informasiya sistemi yaratdıq. Beynəlxalq razılaşmalar çərçivəsində biz FAO ilə iqlim dəyişikliklərinin qarşısının alınmasına yönəlmiş layihələr üzrə sıx əməkdaşlıq edirik" - R.Səttarzadə əlavə edib.

Qeyd edək ki, FAO-nun əsas məqsədi Azərbaycanda qida məhsullarının və tullantıların idarə olunması sahəsində layihələrə dəstəyə yönəlib. Tərəflər birlikdə kənd təsərrüfatı sahəsində 60-dan yuxarı layihə reallaşdırıb, xüsusən də ölkənin bölgələrində kənd təsərrüfatı mühiti, o cümlədən qida təhlükəsizliyi yaxşılaşdırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti