Bakı. Trend:
Özbəkistanla Türkiyə arasında uçuşların sayı artacaq.
Trend xəbər verir ki, bu barədə Özbəkistanın Nəqliyyat Nazirliyi məlumat yayıb.
Məlumata əsasən, İstanbulda Özbəkistan və Türkiyə aviasiya idarələri arasında keçirilən məsləhətləşmələrdə tərəflər həftəlik uçuşların sayını 58-dən 72-yə çatdırmaq barədə razılığa gəliblər. Tərəflər həmçinin yeni istiqamətlərdə uçuşların açılması barədə də razılığa gəliblər.
Tərəflər 2023-2024-cü illər ərzində Daşkənd və İstanbul arasında həftəlik aviareyslər 38-dən 50-yə artırılması barədə razılaşıblar. Yeni istiqamətlər də açılacaq olan uçuşlar: İstanbul-Karşi, İstanbul-Termez, İstanbul-Nukus, İstanbul-Əndican.