...

Aqrar sığortanın əhatə dairəsinin genişləndirilməsi nəzərdə tutulur - Məcnun Məmmədov

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 İyun 2024 10:55 (UTC +04:00)
Aqrar sığortanın əhatə dairəsinin genişləndirilməsi nəzərdə tutulur - Məcnun Məmmədov
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Yaxın gələcəkdə aqrar sığortanın əhatə dairəsinin genişləndirilməsi, iqlim dəyişikliyinin kənd təsərrüfatı sektoruna təsirinin minimuma endirilməsi məqsədilə daha innovativ sığorta məhsullarının təqdim edilməsi nəzərdə tutulur.

Trend xəbər verir ki, bunu bu gün Azərbaycan Beynəlxalq Sığorta Forumu-2024-ün (AIIF-2024) açılış mərasimində çıxışı zamanı kənd təsərrüfatı naziri Məcnun Məmmədov deyib.

"Aqrar sığorta sektoru ilə bağlı hədəflərimiz genişdir. Yaxın gələcəkdə aqrar sığortanın əhatə dairəsinin genişləndirilməsi, iqlim dəyişikliyinin kənd təsərrüfatı sektoruna təsirinin minimuma endirilməsi məqsədilə daha innovativ sığorta məhsullarının təqdim edilməsi nəzərdə tutulur. Vurğulamaq istərdim ki, ölkəmizdə tətbiq olunan uğurlu sığorta modeli müxtəlif dövlətləri maraqlandırır. Buna misal olaraq qardaş Özbəkistanla bu istiqamətdə əməkdaşlığı göstərmək olar.", o vurğulayıb.

Onun sözlərinə görə, hazırda ölkədə kənd təsərrüfatına yararlı torpaqların 25 faizi sığortalanıb.

"Sığortalarla bağlı fermerlərə ödənilən kompensasiyanın məbləği ildən-ilə artır ki, bu da zərərçəkənlərə öz fəaliyyətlərini bərpa etməyə və kənd təsərrüfatı işlərini fasiləsiz davam etdirməyə imkan verir", - o əlavə edib.

(Tərcümə: Gülnarə Kərimova)

clear
Məqalədə:
Xəbər lenti

Xəbər lenti