...

Təkrarsığorta Azərbaycanın sabitliyini əhəmiyyətli dərəcədə artıra bilər - Swiss Re Europe

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 İyun 2024 13:07 (UTC +04:00)
Təkrarsığorta Azərbaycanın sabitliyini əhəmiyyətli dərəcədə artıra bilər - Swiss Re Europe
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Təkrar sığorta maliyyə risklərini minimuma endirməklə və sığorta bazarının sabitliyinə töhfə verməklə Azərbaycanın dayanıqlılığını əhəmiyyətli dərəcədə artıra bilər.

Trend xəbər verir ki, bunu bu gün Şimali Avropa ölkələri və MDB üzrə baş müştəri anderrayteri, Swiss Re Europe şirkətinin (Almaniya) təkrarsığorta üzrə vitse-prezidenti Gepa Yansen-Klaus Azərbaycan Beynəlxalq Sığorta Forumu-2024 (AIIF-2024) çərçivəsində “İqlim dəyişikliyinin təsiri altında sığorta” panel müzakirəsi zamanı deyib.

"Təkrar sığorta maliyyə risklərini minimuma endirməklə və sığorta bazarının sabitliyinə töhfə verməklə Azərbaycanın dayanıqlılığını əhəmiyyətli dərəcədə artıra bilər. Bu, təkcə ölkə iqtisadiyyatını gücləndirmir, həm də infrastruktur layihələri və biznes üçün əlavə qorunma təmin edir. İlk növbədə təkrarsığortaçılar gözlənilən və faktiki itkilər arasındakı fərqi azaltmaq üçün bu sahədə öz bacarıqlarını artırmalıdırlar. İkincisi, təbii fəlakətlərdən sığorta üzrə tariflər bütün mümkün riskləri adekvat şəkildə əks etdirməlidir. Bu, sığorta bazarının sabitliyini qorumaq üçün lazımdır", - o vurğulayıb.

Qeyd edək ki, hazırda Azərbaycanda yalnız bir təkrarsığorta şirkəti fəaliyyət göstərir - AzRe Təkrarsığorta ASC.

(Tərcümə: Gülnarə Kərimova)

Xəbər lenti

Xəbər lenti