...

AİB NƏQLİYYAT SEKTORUNUN İNKİŞAFI MƏQSƏDİLƏ AZƏRBAYCANA 350 MİN DOLLAR QRANT AYIRIB

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 İyun 2005 21:54 (UTC +04:00)

Asiya İnkişaf Bankı (AİB) nəqliyyat sektorunun inkişafı məqsədilə Azərbaycana 350 min dollar texniki yardım qrantı ayırıb. Bu barədə bankın Bakı nümayəndəliyindən Trend xəbər agentliyinə məlumat verilib. Verilən məlumata görə,qrant nəqliyyat sektoru strategiyasının hazırlanmasına, bu sahənin inkişafı üçün resursların müəyyən edilməsinə sərf olunacaq. Hazırlanacaq nəqliyyat sektoru strategiyası 2006-2016-cı illəri əhatə edəcək və hökumətin nəqliyyatla bağlı siyasətini müəyyən edəcək. Strategiya mülki aviasiya, dəmir yolu, dəniz nəqliyyatı, quru yollar, liman, neft boruları və şəhər nəqliyyatını əhatə edəcək. Strategiyanın hazırlanması ilə bağlı işlərə Azərbaycan hökuməti tərəfindən isə 87,5 min dollar ayrılacaq. İcraçısı Nəqliyyat Nazirliyi olan layihə bu iln dekabrında başa çatacaqdır.

Xəbər lenti

Xəbər lenti