...

DÖVLƏT GÖMRÜK KOMİTƏSİNİN RƏHBƏRİ FRANSANIN AZƏRBAYCANDAKI SƏFİRİNİ QƏBUL EDİB

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Sentyabr 2005 20:20 (UTC +04:00)

Sentyabrın 15-də AR Dövlət Gömrük Komitəsinin (DGK) sədri Kəmaləddin Heydərov Fransanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Rolan Blatmanı qəbul edib. DGK-də Trend ə bildirilib ki, görüşdə həmin ölkə ilə təkcə gömrük sahəsində deyil, həm də iqtisadiyyatın digər sahələrində gələcək inkişaf məsələləri müzakirə edilib.

DGK sədri Azərbaycan prezidentləri Heydər Əliyev və İlham Əliyevin 2003-cü ildə və 2004-cü ilin yanvarında Fransaya rəsmi səfərləri zamanı hər iki ölkə arasında hərtərəfli münasibətlərin yaradılması və inkişafındakı rolunu xüsusi vurğulayıb.

Öz növbəsində səfir vurğulayıb ki, Azərbaycandakı diplomatik fəaliyyətində Fransa ilə Azərbaycan arasındakı əməkdaşlığın gələcək inkişafına hər cür kömək edəcək.

Xəbər lenti

Xəbər lenti