...

BAKIDA BETON MAŞINLARI İSTEHSAL EDƏN ZAVOD AÇILIB

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 Sentyabr 2005 18:16 (UTC +04:00)

Bakıda beton maşınlarının istehsalı üzrə zavod açılıb. Sika Yapi Kimyasallari A.S. İdarə Heyətinin sədri Murad Belen Trend ə bildirib ki, zavodu İsveçrənin Sika AG qrupunun yarımbölməsi olan Sika LLC açıb.

Murad Belenin sözlərinə görə, "Heydər Aliyev" adına prospektdə yerləşən zavodun yaradılmasına qoyulan investisiya 1 milyon dollar təşkil edir.

"Yerli bazarın genişlənməsindən asılı olaraq, zavodun gücünün artacağı və investisiyaların həcminin 3 mlyon dollardan 5 milyon dollaradək artağı gözlənilir. "Sika Azərbaycanda cəmi 3 ildir ki, təmsil olunur. Lakin burada Türkiyədə (şirkət 10 ildən artıqdır bu ölkənin bazarında təmsil olunur )olduğu kimi şirkət zavod tikdirir", - deyə M.Belen bildirib. Perspektivdə zavodun məhsullarının ixrac olunacağı da gözlənilir.

Xəbər lenti

Xəbər lenti