...

2006-cı ilin II rübündən Əmək Nazirliyi əmək yarmarkalarının keçirilməsinə başlayacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Dekabr 2005 18:27 (UTC +04:00)

Əmək və əhalinin sosial müdafiəsi Nazirliyi bundan əvvəlki illərdə olduğu kimi, gələn il də bütün ölkədə əmək yarmarkaları keçirəcək. Əmək Nazirliyinin Məşğulluq İdarəsindən Trend ə verilən məlumata görə, artıq ikinci rübdən etibarən müvafiq işlərin aparılması planlaşdırılır.

Bir qayda olaraq, yarmarkalar respublikanın bütün regionlarında keçirilir.

2005-ci ildən başlayaraq, Əmək və əhalinin sosial müdafiəsi Nazirliyi tərəfindən 7212 nəfər işlə təmin olunub ki, onlardan 1300 nəfəri özəl müyəssisələrin payına düşür. Yarmarkaların işində 1700-dən artıq müəssisə iştirak edir. Ümumilikdə, yarmarkaların işində 19 mindən artıq adam iştirak edir.

Ümumilikdə, 1997-ci ildə 2005-ci ilə kimi 44 mindən artıq adam işlə təmin olunub.

Xəbər lenti

Xəbər lenti