...

AİB Azərbaycan üzrə bərpa edilmiş strategiyanı yanvarın ortalarında təsdiq etmək niyyətindədir

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Dekabr 2005 18:55 (UTC +04:00)

2005-ci ilin sonunadək Asiya inkişaf bankı (AİB) Azərbaycanda fəaliyyət strategiyasının bərpa edilmiş variantı üzrə hökumət ilə aparılan müzakirəni başa çatdıracaq. Bu barədə Trend ə AİB-in Bakı nümayəndəliyinin rəhbəri Metyu Vestfol bildirib. Onun sözlərinə görə, bankın direktorlar Şurasında bərpa edilmiş strategiyanın təqdir edilməsi gələn ilin yanvarın ortalarına gözlənilir. Həmin strategiya 2005-06-cı illər üçün nəzərdə tutulub. M.Vestfolun sözlərinə görə, AİB iki il ərzində Azərbaycan layihələrinin maliyyələşdirilməsinə $250 mln. ən yaxşı halda isə $300 mln. ayırmağı planlaşdırır.

Ölkə strategiyası hətta layihələr təkrar edilsə belə, hər il bərpa edilir. Nümayəndəliyin rəhbəri bildirib ki, artıq layihə müvafiq nazirlik və idarələrlə razılaşdırılmaq üçün AR Nazirlər Kabinetinə təqdim edilib.

Xəbər lenti

Xəbər lenti