...

Bakıda kənd təsərrüfatı üzrə Azərbaycan-Türkiyə İcraiyyə Komitəsinin növbəti iclası keçiriləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Dekabr 2005 19:03 (UTC +04:00)

Dekabrın 15-dən Bakıda kənd təsərrüfatı üzrə Azərbaycan-Türkiyə İcraiyyə Komitəsinin növbəti 4-cü iclası öz işinə başlayacaq. Kənd Təsərrüfatı Nazirliyindən Trend ə verilən məlumata görə, Nazirlikdə keçiriləcək tədbirdə bundan əvvəlki iclas çərçivəsində hər iki tərəfin həyata keçirdiyi məsələlər, eləcə də bu istiqamətdə perspektiv planlar müzakirə olunacaq.

Nazirlikdən bildirilib ki, adı çəkilən Komitə 1995-ci ildə yazılıb və son dəfə iclas 2003-cü ildə Ankarada keçirilib.

Komitənin həmsədrləri kənd təsərrüfatı nazirinin müavini Bəhram Əliyev və Türkiyənin Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Mehmet Taşandır. İclasın rəsmi açılışında həmçinin, kənd təsərrüfatı naziri İsmət Abasov da iştirak edəcək.

Xəbər lenti

Xəbər lenti