...

Bakı ictimai nəqliyyatının onlarla sürücüsü gediş qiymətlərinin qanunsuz olaraq qaldırdıqlarına görə işdən qovulub

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Yanvar 2006 12:41 (UTC +04:00)

Bakıda keçirilən reydlər nəticəsində şəhərdaxili nəqliyyatın 50-yə yaxın sürücüsü işdən azad edilib. Bu barədə Trend ə şəhər İcra Hakimiyyətinin nəqliyyat departamentinin rəisi Xaləddin Namazov məlumat verib.

Onun sözlərinə görə, sürücülərin işdən kənarlaşdırılmasına səbəb onların dizel yanacağının qiymətlərinin artmasından sonra gediş qiymətlərini özbaşına olaraq iki dəfə qaldırmalarıdır. "Biz artıq bütün özəl şirkətləri onların qiymətləri özbaşına qaldırmağa hüquqları olmaması barədə xəbərdarlıq edirik. Ona görə də bu cür pozuntulara yol verən sürücülər ciddi cəzalandırılacaqlar", - deyə o bildirib.

Hazırda nəqliyyat departamenti gediş qiymətlərinin qanunsuz artırılmasını araşdırmaq üçün geniş reydlər aparır. "Bu məqsədlə bizim əməkdaşlarımız dayanacaqlarda və digər yerlərdə marşrut taksilərini ciddi şəkildə yoxlayırlar. Biz həmçinin, operativ olaraq sərnişinlərin şikayətləri ilə maraqlanırıq. Bir gün ərzində bizim departamentə çoxlu şikayətlər daxil olub və bizim əməkdaşlarımız yerlərdə dərhal yoxlamalar həyata keçirirlər. Qiymətlərin qanunsuz artırılması aşkar olunduğu halda, sürücü dərhal işdən kənarlaşdırılır", - deyə X.Namazov bildirib.

Xəbər lenti

Xəbər lenti