...

Azərbaycanın Lizinq Şirkətləri Assosiasiyası maliyyə dəstəyi ilə bağlı hökumətə müraciət etmək niyyətindədir

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Fevral 2006 15:35 (UTC +04:00)

Azərbaycanın Lizinq Şirkətləri Assosiasiyası lizinq xidmətləri göstərmək üçün maliyyə dəstəyi ilə bağlı hökumətə müraciət etmək niyyətindədir. Bu barədə Trend ə Assosiasiyadan məlumat verilib. Eyni zamanda Lizinq şirkəti əməkdaşlıq haqqında sazişlərin imzalanması məqsədilə xarici lizinq şirkətləri ilə danışıqlar aparır.

Bu həftə şirkət Özbəkistanın lizinq şirkəti ilə saziş imzalayıb və yaxın vaxtlarda bu proses Rusiya ilə gerçəkləşəcək. Bu saziş Azərbaycan və Özbəkistan iş adamları arasında münasibətlərin qurulmasına, layihələrin həyata keçirilməsinə şərait yaradacaq.

Azərbaycan Assosiasiyası Kanadanın KECO təşkilatından məsləhətçi ekspert dəvət edib. Ekspert hesab edir ki, lizinq xidmətləri bazarının inkişafı və sahibkarların maraqlarının qorunması üçün hələ çox işlər görülməlidir. O, institusional quruculuq, şirkətlər arasında qarşılıqlı münasibətlərlə bağlı məsələlərdə, normativ sənədlərin işlənib hazırlanmasında şirkətə yardım edəcək.

Hazırda lizinq şirkətləri əsasən, yerli bankların daxili ehtiyatları hesabına fəaliyyət göstərir. Lakin bu o qədər də sərfəli deyil. Çünki keçən il faiz dərəcələri 15% təşkil edirdisə, bu il həmin göstərici 18%-ə bərabərdir. Bundan başqa kreditlər 1,6-2 il müddətinə ayrılır ki, onların da 3 ildən az müddətə götürmək sərfəli deyil.

Keçən il bütün lizinq şirkətlərinin maliyyə portfeli $23 mln, nizamnamə kapitallarının ümumi həcmi isə $4,3 mln təşkil edib. İmzalanmış müqavilələrin sayı 256-dır. Bunun 33%-i tikinti, 26%-i nəqliyyat, 18,4%-i isə istehsalatın payına duşür.

Xəbər lenti

Xəbər lenti