...

Azərbaycan hökuməti "quş qripi" ilə mübarizəyə $800 minə yaxın vəsait xərcləyib

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Fevral 2006 15:44 (UTC +04:00)

Azərbaycan hökuməti "quş qripi" ilə mübarizə çərçivəsində işlərə $800 minə yaxın vəsait xərcləyib. Trend in məlumatına görə, bu barədə fevralın 14-də Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin rəhbəri İsmayıl Həsənov məlumat verib.

Onun sözlərinə görə, həmin vəsaitə virusla mübarizə çərçivəsində avadanlıqlar, avtomobil nəqliyyatı vasitələr alınıb. Dünya Bankının və Asiya İnkişaf Bankının Azərbaycanda virusun yayılmasının qarşısının alınması üçün vəsait verməsi məsələsinə toxunan xidmətin rəhbəri bildirib ki, indiyə kimi onlar təqdim olunmayıb.

İ.Həsənov qeyd edib ki, virusla mübarizə planının layihəsini baxılmaq və təsdiq olunmaq üçün ölkə hökumətinə təqdim edib.

Planda profilaktika işlərinin, o cümlədən, karantinin elan olunması, onun ərazisi, bir sıra təşkilati məsələlər, eləcə də bu işdə ayrı-ayrı dövlət strukturlarının funksiyaları nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti