...

Azərbaycanın Dövlət Veterinar Xidməti quş məhsullarının istifadə üçün yararlılığına dair arayışla almağı tövsiyə edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Fevral 2006 17:18 (UTC +04:00)

Kənd təsərrüfatı yanında Azərbaycanın Dövlət Veterinar Xidməti quş məhsullarının istifadə və ticarət obyektlərində satışı üçün yararlılığına dair arayışla (müəyyən təsərrüfata məxsusluğunu sübut edən sağlamlıq və mövcud nişanına dair sənəd) almağı tövsiyə edir. Trend bildirir ki, bu barədə Xidmətin rəhbəri İsmayıl Həsənovun müraciətində deyilir. Beləliklə, bu məhsullarda Veterinar Xidmətinin qeydiyyatı olmalıdır.

Bundan başqa, ölkə ərazisində "quş qripi" virusunun aşkar edilməsini diqqətə çatdıraraq respublikanın digər regionlarında xəstəliyin yayılmaması üçün dövlət strukturu aşağıdakı qaydalara riayət etməyi tövsiyə edir: hər hansı bir ərazidə ölü quş görünərsə təcili olaraq yerli baytar mütəxəssislərini məlumatlandırmalı, quşların tələfat səbəbindən asılı olmadan gigiyena qaydalarına riayət olunmaqla yandırılmalı, torpağa basdırılmalı və həmin sahə dezinfeksiya olunmalıdır; ev quşlarının, xüsusilə göyərçinlərin, su quşlarının açıq şəkildə saxlanılması qadağan olunmalı, bunlar bağlı yerə keçirilməli, insanların quşlarla hər hansı ünsiyyəti qadağan olunmalıdır və s.

Xəbər lenti

Xəbər lenti